“Bank of Azerbaijan”ın lisenziyası ləğv edildi
18 yanvar 2016 17:30 (UTC +04:00)

“Bank of Azerbaijan”ın lisenziyası ləğv edildi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli, 4 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib.

 

Mərkəzi Bankdan "APA-Economics"ə verilən məlumata görə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 18.01.2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.

 

Mərkəzi Bank bildirir ki, “Bank of Azerbaijan” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657
avatar

Oxşar yazılar