Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri “Aztelekom” və Bakı Telefon Rabitəsi İstehsalat birliklərinin birləşdirilməsi məsələsinə aydınlıq gətirib. Lent.az-ın məlumatına görə, nazir Əli Abbasov jurnalistlərə açıqlamasında qeyd edib ki, stasionar telefon xidməti ilə məşğul olan dövlət müəssisələri – “Aztelekom” İstehsalat Birliyi və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin bir açıq səhmdar cəmiyyətdə fəaliyyət göstərməsi ilə bağlı təkliflər Əmlak Məsələləri Dövlət Komitəsi ilə birgə hazırlanıb. Ə. Abbasov vurğulayıb ki, gələn il bu məsələ həyata keçiriləcək: “Artıq 2014-cü ildə belə bir qurum - ASC fəaliyyət göstərəcək”.
“Aztelekom” və “Bakıtelekom” gələn il birləşdiriləcək
1267