“Azəryolservis” kollektivi prezidentə müraciət qəbul edib
20 fevral 2015 16:03 (UTC +04:00)

“Azəryolservis” kollektivi prezidentə müraciət qəbul edib

Fevralın 22-si avtomobil yolları işçilərinin peşə bayramı günüdür.  Lent.az-ın məlumatına görə, prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı əsasən, hər il fevralın 22-si avtomobil yolları işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu münasibətlə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-in  kollektivi fevralın 20-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzüb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

 

Daha sonra Nəqliyyat Nazirliyi Azəryolservis ASC-in kollektivi peşə bayramlarını qeyd ediblər. Bu münasibətlə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC–də Nəqliyyat Nazirinin müavinləri Musa Pənahov, Arif Əskərov və Azəryolservis ASC-in sədr əvəzi Saleh Məmmədovun iştirakı ilə  tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan nəqliyyat nazirinin müavini Musa Pənahov nəqliyyat nazirinin adından yol işçilərini təbrik edib, onlara əməli fəaliyyətində uğurlar arzulayıb. Qeyd olunub ki, bu sahəyə ölkə başçısı cənab İlham Əliyev tərəfindən həmişə diqqət və qayğı göstərilib. Bunun nəticəsidir ki, böyük  tərəqqi, tikinti-quruculuq  meydanına çevrilən yol təsərrüfatı son 11 ildə  misilsiz uğurlar qazanıb. Nazir müavini Cəmiyyətin fəaliyyəti barədə ətraflı məlumat verərək diqqətə çatdırıb ki,  ötən 11 il həqiqətən, yeni bir infrastrukturun yaradılması ilə nəticələnib.

Sonra Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-in sədr əvəzi Saleh Məmmədov avtomobil yol işçilərini peşə bayramı münasibətilə təbrik edərək nəqliyyat-yol kompleksinin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. O bildirib ki, ölkə başçısı cənab İlham tərəfindən yol təsərrüfatında aparılan abadlıq və quruculuq işlərinə verilən yüksək qiymət yol işçilərinin məsuliyyətini bir daha artırıb.

Tədbirdə  bir neçə işçiyə  Nəqliyyat Nazirliyinin və “Azəryolservis” ASC-in fəxri  fərmanları təqdim olunub.

Tədbirin sonunda Cəmiyyətin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət qəbul edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar