“Azərspace-1”-dən 10 milyon dollar gəlir əldə olunacaq
12 oktyabr 2013 14:51 (UTC +04:00)

“Azərspace-1”-dən 10 milyon dollar gəlir əldə olunacaq

Azərbaycanda bu il “İKT ili” elan olunub. Bu ilin yanvar-sentyabr ayları ərzində internet ölkədə daha da genişlənib.


 

Beynəlxalq reytinq təşkilatlarının məlumatına görə, Azərbaycanda internetin sürətli inkişaf təmin olunub və MDB ölkələri arasında liderliyini saxlayıb.

 

APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 9 ayın yekununa dair müsahibəsində deyib.

 

Nazir bildirib ki, ölkədə internetin əlçatanlığı daha da asanlaşıb və bu kateqoriya üzrə Azərbaycan 20-ci mövqedə durur.

 

“Həmçinin biz Dövlət Neft Fondu ilə geniş optik internetin infrastrukturunun yaradılması üçün işləri davam etdirdik və həmin işlər yekunlaşıb. Çox güman ki, gələn ildən onun reallaşmasına başlayacağıq”, - deyə Ə. Abbasov bildirib.

 

Rəqəmsal televiziyanın yayımına toxunan nazir əlavə edib ki, bu hədəfə artıq 96% nail olublar. Proses bu sürətlə davam edərsə, ilin axırına qədər efir 100% rəqəmsallaşdırılacaq: “Bu müddət ərzində elektron hökumət sahəsində xeyli iş görülüb, 340 min elektron xidmət alınıb və bu rəqəm getdikcə artır. “Azərspace-1” peykinin orbitə çıxarılması ən böyük nailiyyətimiz oldu. Artıq ilin axırına qədər “Azərspace-1” peykinin göstərdiyi xidmət sayəsində təxminən 10 mln. dollar gəlir əldə etməyi planlaşdırırıq. Həmçinin yerüstü stansiyalarının genişləndirilməsi, müşahidə peykinin orbitə çıxarılması üçün işlər davam edir. Azərbaycan kosmik ölkələr sırasında yox, dünyanın kosmik bazarında da mövqeyini möhkəmləndirməyə başlayıb. Yekun olaraq isə qeyd etmək istərdim ki, BMT Baş Assambleyasının verdiyi qərara görə, Azərbaycan Avrasiya regionunda Rabitə İttifaqının yaradılması üçün müəyyən tövsiyələr alıb. Bununla da, Azərbaycan burada öz koordinatorluğunu həyata keçirəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1447
avatar

Oxşar yazılar