Bakı Apellyasiya Məhkəməsində Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin (İB) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəmə iddiasına baxılıb.
Lent.az-ın Hüquq.TV-yə istinadən məlumatına görə, "Azəriqaz" İB-nin iddiası təmin edilməyib.
Qeyd edək ki, "Azəriqaz" İB Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı təbii qaza görə yaranmış 84 999 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia qaldırmışdı.