ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin orta və yüksək təzyiqli qaz şəbəkəsinin Elektron Məlumatlar Bazasının (elektron xəritələr) yaradılması istiqamətində görülən işlər müvəffəqiyyətlə başa çatıb. Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Bakı və Abşeron yarımadasının qaz təchizatı sisteminin yenidən qurulması layihəsi ilə əlaqədar 2010-2013-cü illərdə “ArcGİS” proqram təminatında Bakı şəhərinin 11 rayonu və Abşeron rayonu üzrə orta və yüksək təzyiqli qaz şəbəkəsinin elektron xəritələri yaradılıb. Rayonların orta və yüksək təzyiqli qaz şəbəkəsinə aid olan bütün qurğular və avadanlıqlar, qazpaylayıcı stansiyalar, yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz xətləri, siyirtmə, ventil, separator və s. haqqında Qaz İstismar Sahələri tərəfindən təqdim edilmiş məlumatlar dəqiqləşdirilib və Elektron Məlumatlar Bazasında yerləşdirilib.
Qeyd edək ki, Elektron Məlumatlar Bazası on-line rejimdə qaz şəbəkəsinə nəzarət etmək, qəza və təmir işlərinin dəqiqliklə aparılmasına yardımçı olmaq baxımından əvəzsiz imkanlara malikdir. Bu bazanın əhəmiyyəti həm də qaz itkilərinin qarşısının vaxtında alınması, abonentlərə qüsursuz xidmət göstərilməsi, qaz verilişinin düzgün tənzimlənməsi və proqnozlaşdırılmasına şərait yaratmasındadır. Elektron xəritələrin daim operativ şəkildə yenilənmək imkanları var.

“Azəriqaz”-da daha bir yenilik
Oxşar yazılar

Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15
Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31