“Azərikimya”da xüsusi kameralar quraşdırılır                                
30 iyul 2013 16:50 (UTC +04:00)

“Azərikimya”da xüsusi kameralar quraşdırılır                                

 

                                                              

ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin LVJ (tez alışan kimyəvi maddələr) adlanan sahəsində mühafizə işinin gücləndirilməsi məqsədilə yeni videomüşahidə sisteminin tətbiqinə başlanılıb.

 

ARDNŞ-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, burada ərazinin bütün perimetri boyu xüsusi kameralar quraşdırılıb ki, onlar vasitəsilə görüntünü 30 dəfədən artıq böyütməklə obyektin tam və etibarlı mühafizəsini təmin etmək mümkündür.

 

Çoxkameralı termal sistem gecə-gündüz, istənilən hava şəraitində nəzarət zonasındakı istənilən dəyişikliyi qeydə alır, monitorda əks etdirir. 

Hazırda “Azərikimya”nın tam mühafizə nəzarətinin təmin olunmasının çətinlik törətdiyi digər iki istehsalat sahəsinin də videomüşahidə sistemi ilə təmin olunması işləri həyata keçirilir. Bu tədbirlər başa çatdırıldıqdan sonra Birliyin bütün istehsalat obyektlərinin mühafizəsi daha etibarlı şəkildə təmin ediləcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 745
avatar

Oxşar yazılar