“Azərbaycanın TAP layihəsini seçməsi İtaliya və Avropanın böyük bir hissəsi üçün çox vacibdir”.
APA-nın məlumatına görə, bunu İtaliyanın baş naziri Enriko Letta avqustun 11-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bildirib.
Baş nazir qeyd edib ki, Azərbaycanla İtaliyanı enerji və digər sahələrdə möhkəm əməkdaşlıq bağlayır.
O, Azərbaycan qazının Avropaya və İtaliyaya çatdırılmasını nəzərdə tutan TAP layihəsini seçdiyi üçün Bakıya təşəkkür edib.
“Bizi yalnız enerji sahəsində əməkdaşlıq bağlamır, lakin biz iqtisadi və siyasi münasibətləri daha da möhkəmləndirmək üçün bu əməkdaşlıqdan da yararlana bilərik”, - deyə baş nazir vurğulayıb.
E. Letta bəyan edib ki, ikitərəfli iqtisadi əlaqələrin daha da gücləndirilməsi məqsədilə bu il noyabrın əvvəllərində İtaliyadan Azərbaycana nümayəndə heyəti gələcək.
Azərbaycan prezidenti İlham Əliyev də ölkələrimiz arasında ikitərəfli münasibətlərin səviyyəsini yüksək qiymətləndirib: “Ölkələrimiz arasında yaxın tərəfdaşlıq mövcuddur və mən ümid edirəm ki, münasibətlərimiz yaxın illərdə daha da inkişaf edəcək”.

“Azərbaycanın TAP-ı seçməsi Avropanın böyük bir hissəsi üçün çox vacibdir”
Oxşar yazılar

Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15
Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31