“Azərbaycan Dəmir Yolları” şüalanmaya görə cərimələndi - EKSKLÜZİV
15 yanvar 2013 13:58 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” şüalanmaya görə cərimələndi - EKSKLÜZİV

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət Radiotezliklər İdarəsi “Azərbaycan Dəmir Yolları” QSC-ni cərimələyib. Lent.az-ın məlumatına görə, idarə buna səbəb kimi QSC-də fəaliyyət göstərən qurumlardan birində dövlət qeydiyyatından keçməmiş elektromaqnit şüalanma mənbələri sayılan rabitə vasitələrinin qurulması və istismarını göstərib.

Beləliklə, idarə İnzibati Xətalar Məcəlləsinin 169-cu maddəsini əsas tutaraq “Azərbaycan Dəmir Yolları” QSC-ni 200 manat məbləğində cərimələyib

“Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi bununla bağlı Binəqədi rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə RİTN Dövlət Radiotezliklər İdarəsini haqlı sayaraq, cəriməni ləğv etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1324

Oxşar yazılar