“Apple” liderliyi əldən verdi
26 yanvar 2013 18:05 (UTC +04:00)

“Apple” liderliyi əldən verdi

 

 

“Exxon Mobil” neft şirkəti “Aplle” elektron texnikası istehsalçısını ən bahalı ictimai şirkətlər siyahısının ilk pilləsindən endirib. Lent.az-ın məlumatına görə, “Apple”nin səhmlərinin dəyəri 2,4 faiz azalaraq, hərəsi 439,88 dollar olub.

 

Bu isə şirkət üçün 2008-ci ildən sonra gün ərzində ən böyük eniş sayılır. Bazarlar bağlananadək “Apple”nin kapitallaşdırılması 413 milyard dollar olub. Həmin vaxt “Exxon Mobil”də kapitallaşdırma 0,4 faiz artıb və 418,2 milyard dollara çatıb. 2012-ci ilin sentyabrından “Apple”nin bazar kapitallaşdırılması təqribən 250 milyard dollara enib. Pik nöqtədə isə bu şirkətin bir səhmi 705 dollara olub. 2011-ci ilin avqustunda “Apple” ilk dəfə “Exxon Mobil”i üstələyərək, ən bahalı şirkətə çevrilib.

 

Qeyd edək ki, başa çatan maliyyə kvartalında “Apple”nin gəliri “iPhone” və “iPad” aparatlarının satışı sayəsində 13,1 milyard dollar təşkil edib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2182
avatar

Oxşar yazılar