“Amrahbank” baş ofisinin sökülməsinə münasibət bildirib
19 noyabr 2014 14:07 (UTC +04:00)

“Amrahbank” baş ofisinin sökülməsinə münasibət bildirib

“Amrahbank” baş ofisinin ətrafında aparılan söküntü işlərinə münasibət bildirib.

 

“Amrahbank”ın İdarə Heyətinin üzvü Nəcəf Cəfərli “APA-Economics”ə bildirib ki, şəhərdə aparılan abadlıq-quruculuq işləri bankın fəaliyyətinə təsir etməyəcək.

 

“Dövlətin şəhərimizin gözəlləşdirilməsi və abadlaşdırılması üçün həyata keçirdiyi tədbirləri bankımız daima dəstəkləyir. Bu yöndə daimi şəkildə biz də bir bank olaraq öz xidmətlərimizi yaxşılaşdıracağıq. Bank öz fasiləsiz fəaliyyətini, o cümlədən müştərilərinə davamlı və çox yüksək keyfiyyətli xidməti göstərməyə davam edəcək. Bunu üçün bank lazım olarsa, yeni bir binaya köçəcək”, - deyə N. Cəfərli qeyd edib.

 

Bank rəsmisi onu da əlavə edib ki, “Amrahbank” maliyyə göstəricilərini də xeyli yaxşılaşdırıb. “Son iki ildə “Amrahbank”ın aktivlərinin həcmi 2 dəfədən, son 1 ildə isə 30%-dən çox artıb. Mənfəət göstəricilərinə görə bazarın lider banklarından olan “Amrahbank” öz fasiləsiz fəaliyyətini davam etdirir. Son bir ildə bankın iki yeni filialı açılıb ki, bu da ölkə üzrə müştərilərə daha yüksək xidmət göstərməkdir”, - deyə N. Cəfərli bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1333
avatar

Oxşar yazılar