Yanvarın 15-də A
APA-nın ARDNŞ-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Con MakQleyd Bakıya ilk dəfə səfər etdiyini və bu səfərin onda xoş təəssüratlar oyatdığını söyləyib. Rəhbərlik etdiyi şirkət haqqında ARDNŞ prezidentinə məlumat verən qonaq qeyd edib ki, dünya üzrə 40-dan çox müəssisəyə və 10 milyard dollardan artıq dövriyyə kapitalına malik “Air Product” şirkəti sənaye qazları və təbii maye qaz istehsalı, habelə neft emalı və neft-kimya müəssisələri üçün avadanlıqlar istehsalı sahəsində 20 ildən artıq təcrübəyə malikdir. ARDNŞ-nin artıq dünyada tanınmış şirkətlərdən olduğunu və neft-qaz sənayesinin müxtəlif sahələrində nəhəng layihələr həyata keçirdiyini söyləyən Con MakQleyd belə bir şirkətlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.
Rövnəq Abdullayev qonağa ARDNŞ-nin ölkə daxilində və Türkiyədə həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. O, yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsi üzərində xüsusi dayanaraq, qeyd edib ki, bu, qarşıdakı illər üçün yalnız ARDNŞ-nin deyil, bütün Azərbaycan iqtisadiyyatının ən böyük layihəsidir: “Beləliklə, yaxın 5 ildə ARDNŞ və tərəfdaşlarının qarşısında çox böyük və məsul vəzifələr durur”.
ARDNŞ-nin eyni vaxtda mühüm əhəmiyyət kəsb edən nəhəng layihələr üzərində çalışdığını vurğulayan “Air Product” şirkətinin prezidenti təmsil etdiyi şirkətin malik olduğu təcrübə və texnologiyalardan istifadə etməklə bu böyük işə
töhfə vermək niyyətində olduqlarını söyləyib.
Görüşdə Azərbaycanda, eləcə də Türkiyə və digər xarici ölkələrdə ARDNŞ tərəfindən həyata keçirilən layihələrdə sənaye qazları, o cümlədən, hidrogen, azot, oksigen və s. istehsalı üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.