Bu ilin doqquz ayında bütün maliyyə mənbələrindən əsas kapitala 11,8 milyard manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 19 faiz çox vəsait yönəldilib. Bu barədə Lent. az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Həmin vəsaitin 71,5 faizi daxili mənbələr hesabına təmin edilib. Sərf edilmiş sərmayələrin 49,4 faizi məhsul istehsalı, 50,6 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 63,7 faizini təşkil edib.
Doqquz ayda Bakı şəhərində “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyi, Gəmiqayırma zavodu, Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, Qaz Turbinli İstilik Elektrik Stansiyası, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası, “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” oteli, “Qələbə Meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı, Şərur rayonunda Arpaçay Su Elektrik Stansiyası, Sumqayıt şəhərində “Gilan” Tekstil Parkı, Şirvan şəhərində “Cənub” Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi və Şirvan-Muğan qrup su kəməri, Abşeron rayonunda Birdəfəlik plastik qablar və priforminqlər istehsalı və “Milla” süd məhsulları və dondurma istehsalı zavodları, Ağcabədi rayonunda “Aqat-Aqro” heyvandarlıq kompleksi, 526 çarpayılıq xəstəxana, növbədə 130 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisələri, 24880 şagird yerlik ümumtəhsil məktəbləri, 997 yerlik məktəbəqədər təhsil müəssisələri, 864 yerlik klub və digər obyektlər istifadəyə verilib.
9 ayda onlarca obyekt istifadəyə verildi - STATİSTİKA
562