Bakıda 5 milyon manatlıq alış-veriş baş tutmadı<span style="color:red;"> - RƏSMİ
05 mart 2015 10:44 (UTC +04:00)

Bakıda 5 milyon manatlıq alış-veriş baş tutmadı - RƏSMİ

Bakı Fond Birjasının hərraca çıxardığı qısamüddətli notlara alıcı tapılmayıb. Lent.az-ın məlumatına görə, martın 5-də BFB-da Mərkəzi Bankın 50100746S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 30 000 000 manat, hərraca çıxarılan həcmi 5 000 000, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti  28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac təşkil edilib.

 

Lakin birja üzvləri tərəfindən sifarişlər təqdim olunmadığı üçün hərrac baş tutmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Oxşar yazılar