2016-cı ilin dövlət büdcəsində neftin qiyməti 50 dollardan götürülüb
14 sentyabr 2015 16:42 (UTC +04:00)

2016-cı ilin dövlət büdcəsində neftin qiyməti 50 dollardan götürülüb

0
Azərbaycan iqtisadiyyatı üçün neftin qiymətinin dəyişməsi həssas məqamlardan biridir.

 

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.

 

Sənəddə qeyd edilib ki, növbəti il üçün beynəlxalq maliyyə təşkilatlarının proqnozlarını və neftin qiymətindəki qeyri-müəyyənliyi nəzərə alaraq, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 barreli üçün 50 ABŞ dolları götürülüb.

 

Qeyd etmək lazımdır ki, Beynəlxalq Valyuta Fondu neftin qiymətinin (orta illik) 2015-ci il üçün 58 dollar və 2016-cı il üçün 61 dollar, Dünya Bankı müvafiq illər üzrə 58 dollar və 63 dollar, ABŞ-ın Enerji İnformasiya Administrasiyası isə 54 dollar və 59 dollar səviyyəsində olacağını proqnozlaşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 452

Oxşar yazılar