2015-ci il dövlət büdcəsi haqqında qanun da dəyişdirildi
25 noyabr 2015 11:23 (UTC +04:00)

2015-ci il dövlət büdcəsi haqqında qanun da dəyişdirildi

“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun qəbul edilib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, yeni qəbul edilmiş qanuna əsasən, “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”  Qanunda aşağıdakı dəyişikliklər edilib:

 

1. “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, №12, maddə 1518) 13-cü maddəsində “1 500 000,0” rəqəmləri (birinci halda) “4 500 000,0” rəqəmləri ilə əvəz edilsin.

 

2. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik 2015-ci il iyulun 15-dən tətbiq edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 283
avatar

Oxşar yazılar