Azərbaycanın elektrik enerjisinin gələn ilin əvvəlindən Türkiyəyə və Avropaya ixrac edilməsinə başlayacaq.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə hazırlıq mərhələsi 5 il əvvəl prezidentin tapşırığına uyğun olaraq başlanılıb: “Mingəçevir, Samux və Qardabani (Gürcüstan) yarımstansiyaları istiqamətində ötürülən elektrik xətləri artıq hazırdır”.
O qeyd edib ki, dünən Gürcüstanda yeni yarımstansiyanın açılışında iştirak ediblər: “Türkiyə istiqamətində müəyyən işlər qalıb. Bu işlər də yaxın aylarda yekunlaşacaq və Azərbaycan elektrik enerjisi Türkiyəyə, oradan isə Avropa bazarlarına ixrac edilə biləcək”.