Supermarketlərdəki özbaşınalıq, vergidən yayınma – İQTİSADÇI DANIŞDI
31 yanvar 2023 17:04 (UTC +04:00)

Supermarketlərdəki özbaşınalıq, vergidən yayınma – İQTİSADÇI DANIŞDI

Son zamanlar bəzi mağazalarda müəyyən saatlarda post-terminalların işləməməsi cəmiyyətdə böyük narazılıq doğurdu. 

Maraqlı məqamlardan biri də odur ki, bu problem məhəlləarası mağazalarda yox, nəhəng supermarketlərdə yaşanır. Sosial şəbəkələrdə yayılan məlumatlarda isə bildirilir ki, post-terminalların müəyyən saatlarda işləməməsinin səbəbi süni əngəldir və bu problem bankla əlaqədardır. 

Maraqlıdır, görəsən, marketlərdə post-terminalların müəyyən saatlarda işləməməsi kimlərə sərf edir?

Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Lent.az-a açıqlamasında bildirib ki, internet müəyyən saatlarla işləmir.

Onun sözlərinə görə, bu baxımdan post-terminalların da müəyyən saatlarda işləməməsi süni əngəldir:

“Təbii ki, bu qanunsuzdur. Əlbəttə ki, burada uduzan satıcıdır. Vətəndaşın kartla ödəniş etməsi onun qanuni haqqıdır. Post-terminallar daim işlək vəziyyətində olmalıdır. Texniki problemlər 2 aydan bir və ya ayda bir neçə dəfə baş verə bilər. Texniki problemlərin mütəmadi şəkildə və ya günün eyni vaxtında baş verməsi sahibkarın kartdan gələn ödənişlərdən yayınmağa çalışması deməkdir. Bunun da bir neçə səbəbi var. Birincisi, kartlarla ödəniş zamanı vergidən yayınmaq olmur. Sahibkar həmin vergini vermək istəmir. Bu səbəbdən həmin vergini ödəmək üçün qiyməti qaldırır”. 

Xalid Kərimli fikirlərinə davam edərək bildirib ki, ikinci səbəb isə kartlarla ödəniş edərkən pulun alıcının hesabından çıxıb digər hesaba oturması ilə bağlıdır:

“Belə ki, müəyyən kart prosessinq xidmətləri pulun kartdan çıxıb hesaba oturmasına kömək edir. Sözügedən xidmətlər bu prosesi yerinə yetirərkən müqavilədən asılı olaraq müəyyən faizlər çıxır. Üçüncü səbəb isə bəzi sahibkarlar həmin nağd pulu bankdan çıxararkən çətinlik çəkir. Normal və şəffaf şəkildə işini quran sahibkar hesabdan pulunu çıxarmır, əksinə bütün işlərini bank vasitəsilə görür. Burada söhbət işini qeyri-şəffaf şəkildə görənlərdən gedir. Həmin şəxslər bankdan pulu çıxararaq nağd şəkildə ödənişlərini edirlər. Bununla da onlar vergidən yayınırlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3744
avatar

Arzu Qurbanlı

Oxşar yazılar