Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın “Mir” bank kartının Türkiyədə işlədilməsi istiqamətində ciddi irəliləyişlərin olduğunu qeyd edib.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, hazırda Türkiyənin 5 bankı bunun üzərində işləyir.
“Bu, Rusiyadan gələn turistlər üçün çox əlverişli olacaq. Bu, həm sizə, həm bizə fayda verəcək”, - deyə Ərdoğan bildirib.
Verilən məlumata görə, iki ölkə arasında ticarət həcminin artırılması, ticarətin rublla aparılmasına dair qərar qəbul edilib.
Məlumatda həmçinin, Azərbaycanın da “Mir” bank kartını qəbul etmək istədiyi bildirilib.