Rəqəmsal dünyadan kənardakı rəngarənglik
09 iyun 2021 14:17 (UTC +04:00)

Rəqəmsal dünyadan kənardakı rəngarənglik

Melissa Group ailəsi yeni müştərilərinə böyük təkliflərlə mənzil sahibi olma imkanı yaratmaqla bərabər, eyni zamanda öz sakinlərinin üzündə də təbəssüm yaradır. Hər bayram günlərində olduğu kimi “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”-ndə öz kiçik sakinlərimizi yalnız buraxmadıq. Rəqəmsallaşan dünyada uşaqlar arasında qonşuluq əlaqələrini möhkəmləndirmək məqsədilə, Melissa Group onların xüsusi bacarıqlarını üzə çıxaran sərgi təşkil etməyi özümüzə borc bildi.      

1956-cı ildən etibarən, bütün dünya 1 iyunu Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edir. Bütün Demokratik dövlətlərdə olduğu kimi Azərbaycanda da insan hüquqlarının qorunmasına xüsusi diqqət verilir. Təbii ki, övlad sahibi olmaq və, ümumiyyətlə, uşaqlar dünyamızın rəngarəngliyinə ən vacib boyanı çəkən rəssamlardırlar. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin də gələcəyi onların əlindədir. Ona görə də bu balaca fidanların müdafiəsinə qoşulmağın səbəbi daha da aydınlaşır.

“Melissa Group” tikinti şirkətinin sakinlər arasında mehriban qonşuluq mövqeyinin yaradılması, “Melissa Group”-un sakinlərə verdiyi dəyərə diqqət çəkmək, kiçik sakinlər arasında sosial aktivliyin və incəsənətə olan marağın artırılması üçün “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”-nə həsr olunmuş “Kiçik əllər, böyük əsərlər” (LİNK: https://melissagroup.az/kicik-sakinlerimizin-daxili-dunyasina-seyahet/) sərgisi keçirilmişdir. İlk öncə “Melissa magazine” qəzetinin “Novruz buraxılışı” vasitəsilə  müsabiqəli sərginin şərtləri elan edilmiş, sakinlər tərəfindən əl işləri təqdim olunmuşdur. Sərgi zamanı iştirakçılar təqdim olunub, “Melissa Group” adından mükafatlandırılmışdır.

Təkcə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”-ndə deyil, digər bayramlarda (Yeni il, Novruz bayramı, 8 Mart Beynəlxalq qadınlar günü, Sevgililər günü) və əlamətdar günlərdə də kompleksimiz sakinlərini unutmur, onların əyləncəsi və istirahəti üçün gözəl tədbirlər və layihələr həyata keçirir.

Keyfiyyət və rahatlığın ünvanına çevrilən “Melissa Group” 2000-ci ildən fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətinə başladığı gündən etibarən insanların komfortunu və rahatlığını düşünərək inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir.

“Melissa Group” tikinti şirkəti, Azərbaycanda ilk dəfə sakinləri mənzillərə köçməmişdən əvvəl çıxarış sənədi (kupça) və texniki pasport ilə təmin edib. Şəhərin mərkəzi küçələrində sağlam təməlli, müasir görünüşlü möhtəşəm binaların inşası ilə daima diqqət mərkəzində olan “Melissa Group”, “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirmişdir. Hal-hazırda “Melissa Park”, “Melissa Residence”, “Melissa Azadlıq” layihələrinin icrası davam etməkdədir.

https://youtu.be/38vfAL5j58k

# 1407
avatar

Oxşar yazılar