<font color=red>®</font> IBA İnnovasiya Mərkəzi 99 startap layihəsi  arasından ən yaxşılarını seçdi
24 iyul 2020 17:17 (UTC +04:00)

® IBA İnnovasiya Mərkəzi 99 startap layihəsi arasından ən yaxşılarını seçdi

Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə startap ekosisteminin inkişafına kömək məqsədilə yaratdığı IBA İnnovasiya Mərkəzinin ilk inkubasiya proqramına qəbul başa çatıb. Proqrama ümumən 99 layihə təqdim edilib. İlkin seçim prosesindən sonra onlardan 48-i ikinci mərhələyə keçib. 48 layihə arasından isə proqramın məqsədlərinə ən çox uyğun gələn 12 layihə seçilib.

Proqrama təqdim edilən layihələrin mühüm hissəsi, FinTech-lə yanaşı, əsasən HR platformaları, taksi və  kuryer xidmətləri, CRM, xidmətlərin mərkəzləşdirilməsi, təhlükəsizlik sistemləri və s. məsələlərlə bağlı olub. Layihə ideyalarının 75%-i ilkin, 25%-i isə inkişaf etdirilmiş səviyyədə təqdim olunub.

Layihələri yekun mərhələyə keçən 47 komanda üzvünün 15 nəfəri (32%) qadın, 32 nəfəri (68%) kişidir. Seçilmiş komandalardan 2-i xarici ölkələri təmsil edən üzvlərdən təşkil olunub. Komandalar sırasında bankın martın əvvəlində reallaşdırdığı 1-ci IBA Regional Hakatonunda iştirak edərək uğur qazanmış bir neçə komanda da var.

Seçim prosesi layihələrin Azərbaycan Beynəlxalq Bankının biznes məqsədlərinə uyğunluğu, inkubasiya mərhələsində olması, komandanın hazırlıq səviyyəsi, layihənin böyümə potensialı, bazara hazırlıq vəziyyəti, innovativliyi, kreativliyi və s. bu kimi meyarlar əsasında aparılıb.

Seçilmiş 12 startap layihəsindən 5-i birbaşa Bankın fəaliyyəti ilə bağlı olan ödənişlər, QR həlləri, mikro-biznes, kiçik və orta sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Digər ideyalar isə bilavasitə bankçılıq sahəsinə aid olmasa da, FinTech sahəsinə inteqrasiya potensialına malikdir. İnkubasiya proqramı zamanı startap komandalarına treninq və mentorluq dəstəyi göstəriləcək. Startapların inkubasiyası və məhsulların inkişafı üzrə beynəlxalq təcrübəli xarici tərəfdaşlar təlim və mentorluq məsələsində Mərkəzə dəstək verəcək. Yekunda isə Demo Day keçiriləcək və layihələr qiymətləndiriləcək.

Proqram haqqında daha ətraflı məlumatları buradan əldə etmək olar.

Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA İnnovasiya Mərkəzinin əsas üstünlükləri seçilən ideyalara investisiya qoyulması, komandalar üçün sırf bankçılıq sahəsində lazımi infrastrukturun təmin edilməsi, bankın məlumat sisteminə inteqrasiya (OpenAPI) imkanının yaradılması, maliyyə resurslarına əlçatanlıq, ən mühümü isə innovativ həllər üçün real tələbin formalaşdırılmasıdır.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3595
avatar

Oxşar yazılar