Dollara qarşı  üsyan:   Avropanın bu ölkəsi dollardan  imtina etdi
25 noyabr 2024 14:55 (UTC +04:00)

Dollara qarşı üsyan: Avropanın bu ölkəsi dollardan imtina etdi

Moldova ley valyutasının rəsmi məzənnəsini müəyyənləşdirmək üçün dollardan istifadədən imtina edəcək. Dəyişikliklər 2025-ci ildə qüvvəyə minəcək.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, Moldova Milli Bankının mətbuat xidməti bildirib ki, 2025-ci il yanvarın 2-dən Moldova milli valyutanın rəsmi məzənnəsini müəyyən etmək üçün avrodan istifadə edəcək. Qeyd olunur ki, əvvəllər bu məqsədlər üçün dollardan istifadə edilirdi.

Tənzimləyici bəyan edib ki, bu qərar Moldova iqtisadiyyatının Avropa bazarına yönəlməsinə uyğundur. Bundan əlavə, belə bir qərar Moldova leyinin avroya nisbətdə məzənnəsinin dəyişməsini azaldacaq. Milli Bank da əmindir ki, avroya keçid valyuta mübadiləsi xərclərini azaldacaq və bütövlükdə Moldova iqtisadiyyatı bundan faydalanacaq.

Qeyd etmək lazımdır ki, Avropa İttifaqı Moldova iqtisadiyyatında əsas rol oynayır. Ölkə də Ukrayna kimi bloka üzv olmaq üçün namizəd statusuna malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474
avatar

Oxşar yazılar