DİQQƏT!  “Kupça”sı olmayanlar ehtiyatlı olun, yoxsa… - SƏDR DANIŞDI
07 fevral 2023 16:01 (UTC +04:00)

DİQQƏT! “Kupça”sı olmayanlar ehtiyatlı olun, yoxsa… - SƏDR DANIŞDI

Paytaxtda və digər şəhərlərdə mənzillərin böyük bir qisminin mülkiyyət sənədləri hələ də yoxdur. “Kupça”sı olmayan mənzilin mülkiyyət hüququ isə vətəndaşa deyil, tikinti şirkətlərinə məxsusdur. Bu səbəbdən kommunal xidmətlərin istifadəsində çətinliklər ortaya çıxır.

Maraqlıdır, görəsən, bu problem necə həll edilməlidir?

Lent.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin İdarə Heyətinin sədri Nigar Alimova mövzu ilə bağlı APA-ya bildirib ki, daşınmaz əmlakın qeydiyyatının tam elektronlaşdırılması ilə bağlı islahatın bir hissəsi olaraq həyata keçirilməsi nəzərdə tutulmuş digər mühüm yenilik çoxmənzilli binalarda yerləşən mənzillərin qeydiyyatının elektron sistem üzərindən aparılmasının təmin edilməsidir. 

Onun sözlərinə görə, yeni yaradıcılacaq sistemdə mənzil tikinti kooperativinə üzvlük, üzvlüyə xitam verilməsi, mənzilə dair ödənişlərin edilməsi və daşınmaz əmlakın qeydiyyatında sənədlərin əldə edilməsi üçün əməliyyatların tam elektronlaşdırılması ilə bağlı müvafiq təkliflər hazırlanır:

“Məsələn, hazırda mənzil tikinti kooperativləri (MTK) maliyyə arayışlarının verilməsi üçün əlavə ödəniş tələb edir. Yeniliyə əsasən, hər bir əməliyyat sistem üzərindən generasiya olunacağı üçün artıq vətəndaşın kimdənsə sənəd alıb gətirməsinə zərurət olmayacaq. Elektron qeydiyyatı nəzərdə tutan platforma özü-özlüyündə bütün əməliyyatları, bütün hərəkətləri sistem üzərindən fiksasiya edəcək. Yekunda vətəndaşın MTK-dan aslılığı olmayacaq. MTK-ya üzvlük və üzvlükdən çıxma həm vergitutma baxımından, həm də qarşılıqlı münasibətlər baxımından çox ciddi şəkildə şəffaflaşacaq. Bu önəmli bir yenilikdir. Hesab edirik ki, hazırda mənzil tikinti kooperativi üzvlərinin qarşılaşdıqları problemlərin və sualların həlli ilə bağlı müddəalar hazırlanan təklif layihəsində öz əksini tapacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4125
avatar

Arzu Qurbanlı

Oxşar yazılar