BMT Assambleyasının Prezidenti: Azərbaycan WUF13 kimi mühüm qlobal tədbirə uğurla ev sahibliyi edir
17 may 2026 09:16 (UTC +04:00)

BMT Assambleyasının Prezidenti: Azərbaycan WUF13 kimi mühüm qlobal tədbirə uğurla ev sahibliyi edir

0

Azərbaycan WUF13 kimi mühüm qlobal tədbirə uğurla ev sahibliyi edir.


APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən WUF13 – Dünya Şəhərsalma Forumu çərçivəsində jurnalistlərə açıqlama verən Malayziyanın Mənzil və Yerli İdarəetmə naziri, BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) Assambleyasının hazırkı prezidenti Nga Kor Ming deyib.

O bu münasibətlə Azərbaycanı təbrik edib.
“Azərbaycan bu mühüm qlobal toplantını uğurla keçirib. Bu forum yerli hökumət rəhbərlərini, şəhərsalma mütəxəssislərini və siyasətçiləri bir araya gətirən vacib platformadır”, – deyə Nga Kor Ming qeyd edib.


Onun sözlərinə görə, forumun əsas mövzusu “Dünyanı mənzillə təmin etmək: dayanıqlı və davamlı şəhərlərin qurulması”dır.


“Dünyada urbanizasiya sürətlə gedir və bu prosesdə heç bir insanın, heç bir məkanın diqqətdən kənarda qalmaması vacibdir”, – deyə o vurğulayıb.


Nga Kor Ming bildirib ki, münasib və əlverişli mənzil təminatı WUF13-ün əsas gündəliyini təşkil edir.


“Ev yalnız sığınacaq deyil, insanların ümidlərinin və arzularının gerçəkləşdiyi məkandır. Keyfiyyətli mənzil münasib qiymətli, əlçatan, nəqliyyat və xidmətlərlə əlaqəli, eləcə də layiqli icma mühitinə malik olmalıdır”, – deyə o əlavə edib.


Onun sözlərinə görə, yalnız bu prinsiplər təmin olunduqda şəhərlər həqiqətən hər kəsə məxsus ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 132

Oxşar yazılar