Bakı-Tbilisi-Bakı qatarı bu uşaqlar üçün  pulsuz olacaq
22 may 2026 18:49 (UTC +04:00)

Bakı-Tbilisi-Bakı qatarı bu uşaqlar üçün pulsuz olacaq

0

"Azərbaycan Dəmir Yolları"nın Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatarlarında uşaqlar üçün güzəştli və pulsuz səyahət imkanları tətbiq olunur.

Qurumdan Lent.az-a verilən məlumata görə, 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə qatarla pulsuz səyahət edə bilərlər. 5–10 yaş arası uşaqlar üçün isə səyahət sinifi, biletin alınma tarixi və mövsümdən asılı olaraq 50 faizə qədər endirim nəzərdə tutulub.

Bildirilib ki, 5 yaşadək uşaqlar üçün nəzərdə tutulan pulsuz bilet mütləq qaydada rəsmiləşdirilməlidir.

Qaydalara əsasən, uşağın səfəri etibarlılıq müddəti olan pasport əsasında həyata keçirilir. Uşaq yalnız bir valideynlə səyahət etdikdə digər valideynin, valideynsiz digər böyüklə səfər etdikdə isə hər iki valideynin ayrıca notarial qaydada təsdiqlənmiş etibarnaməsi tələb olunur.

Sərnişinlər biletləri ADY-nin rəsmi saytı, ADY Mobile tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar