ABB-nin komandası turnirin qalibi oldu
04 iyun 2024 14:57 (UTC +04:00)

ABB-nin komandası turnirin qalibi oldu

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycan Banklar Assosiasiyasının Azərbaycan Şahmat Federasiyası ilə birgə keçirdiyi banklararası şahmat turniri başa çatıb. Turnirdə ABB-nin komandası qalib olub.

ABB təmsilçiləri fərdi göstəricilər üzrə də yüksək ustalıq nümayiş etdiriblər. Bankın Maliyyə monitorinqi və komplayns departamentinin direktor müavini Rauf Hacılı fərdi hesabda turnirin qalibi, Risk həlləri sahəsinin rəhbəri Rəsul Mənsimli isə üçüncü yerin sahibi adını qazanıb.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1161
avatar

Oxşar yazılar