<span style="color:red;">(R)  Həzz Kart-dan xoş xəbər!
20 fevral 2015 11:27 (UTC +04:00)

(R) Həzz Kart-dan xoş xəbər!

AGBank  “Həzz Kart” sahibləri üçün nağlaşdırma kampaniyasına başlayır. Belə ki, kart istifadəçiləri fevral ayının 20-dən - 25-dək “Həzz Kart” ilə  100 manatadək nağdlaşdırma əməliyyatlarını həyata keçirə biləcəklər. Bu isə o deməkdir ki, 6 günlük kampaniya çərçivəsində “Həzz Kart”-dan yalnız alış-veriş zamanı deyil, həmçinin nağd pul ehtiyacınızı ödəmək üçün istifadə edə biləcəksiniz. “Həzz Kart” ilə həftə sonunu  həzzlə keçirin.

 

3 aylıq opsiya üzrə nağlaşdırmanın komissiya haqqı 5% təşkil edir. Yəni, müştərilər 100 manat nağdlaşdırma etdiyi halda 3 ay ərzində banka 105 AZN (5% nağdlaşdırmaya görə komissiya ilə birgə) vəsaiti hər ay 35 AZN ödəməklə geri qaytarmalıdırlar.

 

Bundan əlavə “Həzz Kart” ilə nağdlaşdırma əməliyyatlarını həyata keçirərkən “Uduşlu kupon” qazanmaq şansınız da var. Belə ki, AGBank – ın bankomatlarına 500 və 200 manatlıq kuponlar yerləşdirilir. “Uduşlu kupon” 2011-ci ildə AGBank tərəfindən təsis olunan həvəsləndirici lotereya növüdür. Hər bir plastik kart istifadəçisi AGBank-a məxsus olan bankomatlardan (ATM) manatla nağd pul çıxararkən, çıxarılan pul əskinaslarının arasında uduşlu kupona rast gələ bilər. Bu səbəbdəndir ki, digər bank istifadəçiləri də, nağd pul çıxararkən AGBank –ın bankomatlarına üstünlük verirlər.

 

 “Həzz Kart” – AGBank tərəfindən pulsuz təqdim olunur. Bu kart vasitəsi ilə alınan mal və ya xidmətlərin dəyəri müvafiq aylara (1,3,6,12,18 və 24 ay) bölünür və hissələrlə faizsiz ödənilir. “Həzz Kart” bankın tərəfdaşları olan bütün mağaza və ticarət mərkəzlərində quraşdırılan POS-terminallar vasitəsi ilə istifadə oluna bilər.

 

Həzz Kart-ın tərəfdaşlar siyahısı ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: http://www.agbank.az/index.php?/az/content/465/

 

Onu da qeyd edək ki, bankın müvafiq tərəfdaş şəbəkəsi daxilində kartla aparılan hər bir əməliyyatın müəyyən faizi xüsusi  hesaba bonus şəklində yığılır. Hesablanmış bonuslardan bankın tərəfdaş şəbəkəsi daxilində istifadə etmək mümkündür.

 

Əlavə məlumat üçün AGBank-ın “135” Məlumat Mərkəzi həftənin 7 günü 24 saat müştərilərin ixtiyarındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 253
avatar

Oxşar yazılar