(R) “Kreditlər qapınıza gəlir” aksiyaları davam edir - FOTO
07 avqust 2012 16:34 (UTC +04:00)

(R) “Kreditlər qapınıza gəlir” aksiyaları davam edir - FOTO

«Kreditlər qapınıza gəlir» şüarı altında təşkil olunan bu aksiya zamanı Bankın xüsusi yaratdığı mobil ofisi vasitəsi kredit sifarişlərin qəbulu aparılıb.

Potensial müştərilərin rahatlığını tam təmin etmək məqsədi ilə yarmarka yenidən axşam saatlarında təşkil edilib və əhalinin kütləvi marağına səbəb olub. Bu zaman yüzlərlə vətəndaşlar və iş adamlardan nağd kreditlər, kredit kartları, mikro və avtokreditlərin cəlb olunması üzrə müraciətlər qəbul olunub. Nəticədə “Unibank”ın mobil ofisinə gün ərzində kreditlər üzrə 200 yaxın müştəri müraciət edib. Ənənəvi olaraq, əsas maraq 2500 manata qədər zaminsiz və girovsuz verilən nağd kredit və “Evdar xanım” kreditlərinə göstərilib. Bu növ kreditlər əksər hallarda yalnız iş yerindən arayış əsasında verilir, kreditlərin məbləği isə borcalanın və yaxud onun yaxın ailə üzvlərinin gəlirlərindən asılıdır.

Aksiya zamanı kredit sifarişini “Unibank”a təqdim edən müştərilərdən biri, evdar xanım Sevinc Cabbarova bunu belə şərh edir: «Bilirsiniz, dəfələrlə rəfiqələrimlə “Evdar xanım” krediti barədə danışmışaım, amma heç bilməzdim ki, mən banka yox, “Unibank” bizə qonaq gələcək. Mobil ofis çox gözəl təşəbbüsdür, çünki mənim kimi körpə uşağı olan evdar xanımlara kreditlərin şərtlərini öyrənmək belə daha rahat olur. Düzünü desəm, şəxsən mənim üçün kredit cəlb etmək əvvəl baş ağrısı idi, bu gün isə bu işin çox sadə və rahat bir addım olduğunu “Unibank” mənə sübut etdi. Cəmi 15 dəqiqə ərzində kredit sifarişim qəbul olundu. Artıq dəqiq bilirəm ki, “Unibank”-ın əhaliyə təklif etdiyi kreditlər həm sərfəli, həm də realdır”.

Xatırladaq ki, istehlak kreditlər üzrə Bankın effektiv faiz dərəcəsi illik 16%-dan başlayır. İstənilən istehlak ehtiyaclara ayrılan kreditlərin məbləği isə borcalanın gəlirlərindən asılıdır və 300 AZN-dən 5000 AZN-ə qədər təşkil edə bilər. Əksər hallarda 2500 manata qədər kreditlər girovsuz və zaminsiz verilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1178

Oxşar yazılar