Bəzi müəssisələrdə qanun pozuntuları aşkar edilib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət tədbirlərini davam etdirir. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti 25/6 ünvanında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Aqil Sultanova məxsus müəssisədə dövlət nəzarəti aparılıb.
Müəyyən olunub ki, müəssisə tort və pirojnaların, şərq şirniyyatlarının, keks və bulka məmulatlarının istehsalını texnoloji təlimat və resepturalar olmadan həyata keçirir. İstehsal olunan məhsulların təhlükəsizlik göstəricilərinin yoxlandığını təsdiq edən gigiyenik və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatları yoxdur, istismar olunan ölçmə vasitələri qanunvericiliyin tələblərinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş istifadə olunur. Aşkar olunan nöqsanlara görə fiziki şəxs Aqil Sultanova məxsus sexdə tort və pirojnaların, şərq şirniyyatlarının, keks və bulka məmulatlarının istehsalı və satışı qadağan edilib.
Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Yusif Şəfiyevə məxsus müəssisədə dövlət nəzarəti aparılıb. Müəyyən olunub ki, müəssisədə becərilən təzə şampinyon və asılqal göbələyi uyğunluq sertifikatları olmadan istehsal edilir, məhsulların markalanması düzgün aparılmır. Belə ki, becərilən təzə şampinyon göbələyinin saxlama müddəti standarta əsasən 2 gün olduğu halda, əsassız olaraq 10 gün göstərilir. Müəssisədə laboratoriya yoxdur, hər hansı bir akkreditasiya olunmuş sınaq laboratoriyası ilə müqavilə bağlanılıb, beləliklə məhsulların sınağı aparılmadan satışa çıxarılır. Həmçinin müəssisədə istehsal olunan “Abşeron broyler” əmtəə nişanlı toyuq içalatına və toyuq hissələrinə texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat yoxdur, məhsullar sertifikat olmadan istehsal olunur, məhsulların sınaqları aparılmır. Bundan başqa normativ sənədə əsasən broyler toyuq ətinin saxlama müddəti -12 dərəcə C-də 8 ay olsa da, məhsulun saxlama kamerasında temperatur göstəricisinin -8 dərəcə C olduğu aşkarlanıb, məhsulun üzərində isə saxlama müddəti 12 ay göstərilib. Aşkar olunmuş nöqsanlara görə fiziki şəxs Yusif Şəfiyevə məxsus müəssisədə becərilən təzə şampinyon və asılqal göbələklərinin, həmçinin toyuq içalatının və toyuq hissələrinin istehsalı və satışı qadağan edilib.
Dövlət Nəzarəti Xidmətinin Binəqədi rayonu, Xırdalan-Binəqədi yolu ünvanında fəaliyyət göstərən fiziki şəxs Elman Tarıverdiyə məxsus sexdə apardığı araşdırma zamanı müəyyən edilib ki, məhsullar qanunvericiliyin tələblərinə zidd olaraq texnoloji təlimat və reseptura olmadan istehsal olunur, markalanma normativ sənədlərin tələblərinə uyğun aparılmır, istismar olunan 13 ədəd ölçmə vasitəsi müqayisəli yoxlamadan keçməmiş istifadə olunur. Aşkar olunmuş nöqsanlara görə fiziki şəxs Elman Tarıverdiyevə məxsus sexdə süd məhsullarının istehsalı və satışı qadağan edilib.
Bakı şəhəri, Dərnəgül şossesi, 1968-cu məhəllədə yerləşən 3 nömrəli mağazadan “Qaradağ Tikinti Materialları” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehsal olunan və üzərində “Qaradağ-BQZ” əmtəə nişanı göstərilən 20 kisə sement nəzarət alışı qaydasında götürülüb, kisələr müvafiq şəhadətnamə ilə təsdiq olunan müqayisəli yoxlanışdan keçmiş tərəzi vasitəsi ilə çəkilmiş və heç birinin çəkisi standartların tələblərinə uyğun gəlməyib. 20 kisənin orta çəkisi 40- 0,2 kiloqramdan 40+0,5 kiloqrama qədər olduğu halda, 20 kisənin orta çəkisi faktiki olaraq 31,9 kiloqram təşkil etmişdir. Beləliklə istehlakçılar hər sement kisəsini alarkən “Qaradağ Tikinti Materialları” ASC tərəfindən təxminən 30% qədər miqdarda aldadılıb. Bundan başqa, müəssisədə istehsal olunan sementin əsas keyfiyyət göstəriciləri, yəni sementin əyilmədə və sıxılmada möhkəmlik həddi normativ sənədlərin tələblərinə cavab verməyib. Belə ki, normativ sənədlərin tələblərinə əsasən sementin əyilmədə möhkəmlik həddi 5,4 Mpa-dan az olmamalı olduğu halda faktiki 3,7 MPa, sıxılmada 39,2 Mpa-dan az olmamalı olduğu halda faktiki 18,2 MPa təşkil edib.
Aşkar olunmuş qanun pozuntularına hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

721