(R) «Unibank» analoqu olmayan kreditlərin verilməsinə başladı
06 avqust 2012 15:40 (UTC +04:00)

(R) «Unibank» analoqu olmayan kreditlərin verilməsinə başladı

Bankın təklif etdiyi yeni kredit məhsulunun əsas üstünlüyü müştəri tərəfindən ilk 6 ay ərzində yalnız faiz borclarının ödənilməsindədir.

Bank xidmətləri bazarında pərakəndə kreditlərdə ilk dəfə tətbiq olunan yarımillik güzəştli dövr, kredit öhdəliklərinin yerinə yetirilməsində tam rahatlıq yaradır. Bu növ nağd kreditlərin maksimal müddəti 24 aydan 30 ayadək artırılıb, bu da müştərilərin aylıq ödənişlərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Analoqu olmayan və istənilən istehlak ehtiyaclara ayrılan kreditlərin məbləği borcalanın gəlirlərindən asılı olaraq 300 AZN-dən 5000 AZN-ə qədər təşkil edə bilər. Bu zaman müştərinin minimal əmək haqqına tələblər yoxdur. Qeyd edək ki, 2500 manata qədər kreditlər girovsuz və zaminsiz verilir, “Unibank”-da müsbət kredit tarixçəsi olanlara isə daha yüksək məbləğdə də zaminsiz təqdim olunur.

“İndi al, gələn il ödə” şuarı altında tətbiq olunan kreditlərin faiz dərəcəsi dəyişilməz qalıb və illik 30%-dən başlayır. Analoqu olmayan nağd istehlak kreditinin əsas məbləği güzəştli müddət bitdikdən (6 ay) sonra bərabər hissələrlə ödənilir. Həmçinin kreditin istənilən zaman, əlavə komissiya haqqı tutulmadan, vaxtından əvvəl ödənilməsi də nəzərdə tutulub.

Xatırladaq ki, kredit sifarişlərinin qəbulu zamanı, “Unibank” müştəri gəlirlərinin qiymətlədirməsində çevik yanaşma tətbiq edir. Belə texnologiyalar müraciətlərə dəqiqələr ərzində növbəsiz baxılmasını və çıxarılan qərarlarda subyektiv amilləri istisna etməyə imkan verir. Analoqu olmayan istehlak kreditlərinin şərtləri barədə daha ətraflı məlumatı 117 nömrəli telefonla eldə etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1263

Oxşar yazılar