(R) Ustalara “Bank of Baku”-dan arayışsız və zaminsiz endirimli pul krediti
06 avqust 2012 12:24 (UTC +04:00)

(R) Ustalara “Bank of Baku”-dan arayışsız və zaminsiz endirimli pul krediti

6 avqust 2012-ci il tarixindən etibarən “Bank of Baku” bütün növ ustalara arayışsız və endirimli faizlə pul krediti ayırmağa başlayır. Ayrılacaq kreditin illik faiz dərəcəsində 2 %-lik endirim edilir. Kredit almaq niyyətində olan müştəridən hər-hansı arayış tələb edilmir. Yalnız şəxsiyyət vəsiqəsinin təqdim edilməsi yetərlidir.

Beləliklə, bundan belə ev təmiri, avtomobil, saç, mebel, telefon, saat, elektrotexnika və digər növ ustalar bu kampaniya çərçivəsində endirimli pul krediti üçün “Bank of Baku”-ya müraciət edə bilər. Kreditin maksimal məbləği 10 000 ABŞ dolları təşkil edir. 1500 ABŞ dollarına kimi kredit məbləği zaminsiz verilir. Müştəriyə 1500 ilə 5000 ABŞ dollar arası məbləğ ayrıldığı zaman isə müvafiq hallarda zamin tələb edilə bilər. Lakin bu halda da müştəridən arayış tələb edilmir. Zamin qismində ödəmə qabiliyyəti olan istənilən şəxsin çıxış etməsi mümkündür. Kreditin müddəti isə 24 aya kimidir. Kampaniya 15 sentyabra qədər qüvvədədir.

Kampaniyanın təfsilatları ilə ətraflı şəkildə tanış olmaq istəyənlər “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya , həmçinin 8145 nömrəsinə iş yerinin adını SMS ilə yollaya bilər. Mesaj göndərmiş şəxslərlə əlaqə saxlanılacaq. Eyni zamanda http://www.facebook.com/bankofbaku ünvanlı sosial şəbəkə vasitəsi ilə istənilən sualı vermək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2184

Oxşar yazılar