Bəzi məhsulların qiyməti bahalaşıb
İyul ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,2 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 1,7 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri 1,8 faiz ucuzlaşıb, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,4 faiz bahalaşıb. Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 4,1 faiz, kartofun 1,6 faiz, xiyarın 4,3 faiz, pomidorun 2,3 faiz, badımcanın 24,3 faiz, bibərin 41,6 faiz, göy soğanın 2,1 faiz, yaşıl lobyanın istehsalçı qiymətləri 3,1 faiz ucuzlaşıb.
Qarpız və yemişin istehsalçı qiymətləri 13,8 faiz, baş soğanın 4,2 faiz, baş sarımsağın 3,6 faiz, yoncanın 10,5 faiz, quru otun istehsalçı qiymətləri isə 0,2 faiz bahalaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri və eyni zamanda hind toyuğunun istehsalçı qiymətlərində ucuzlaşma müşahidə olunub.

881