Mərkəzi Bank bankların kapitalına tələbləri artırdı
Azərbaycan Mərkəzi Bankı bank sektorunun maliyyə sabitliyi və dayanıqlıq sisteminin inkişafı, əmanətçilər və investorların maraqlarının qorunmasına yönəldilmiş strategiya çərçivəsində qabaqcıl beynəlxalq təcrübə əsasında bankların kapitalına kəmiyyət və keyfiyyət tələblərini davamlı olaraq artırıb. Mərkəzi Bankdan Lent.az-a verilən məlumata görə, nəticədə bankların kapitalizasiyası yeni keyfiyyət səviyyəsinə yüksəlib ki, bunun da nəticəsində bank sektorunun effektivliyi artmış, maliyyə dayanıqlığı göstəriciləri yaxşılaşmışdır. Formalaşmış əhəmiyyətli kapital bazası bank sektoruna 2008-ci ildə başlanmış qlobal maliyyə böhranını hazırlıqlı və möhkəm sabitlik yastığı ilə qarşılamağa imkan verib.
Mərkəzi Bankın İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı 50 mln. manatadək artırılıb. Məcmu kapitalın minimum miqdarı üzrə yeni normativ 01 yanvar 2014-cü ildən qüvvəyə minir. Keçid müddəti banklara yeni kapital tələbinə uyğunlaşdırma strategiyalarının realizasiyası üçün kifayət qədər vaxt verir və kapitallaşmanın tədricən həyata keçirilməsinə imkan yaradır. Aparılan təhlillər göstərir ki, bank sektorunun yeni kapital tələblərinə uyğunlaşma potensialı yüksəkdir.
Yeni kapital tələblərinin tətbiqi Azərbaycan banklarının kapital mövqeyinin möhkəmləndirilməsi effektivliyinin artırılması, bank sisteminin dayanıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi ilə nəticələnəcəkdir.

1527