(R) Bakcell şirkəti yeni təşəbbüsə start verəcək
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil İnternet provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə elan edir ki, Junior Achievement Azərbaycan təşkilatı ilə birgə gənclərin karyera çevikliyinin inkişaf etdirilməsinə yönəlmiş yeni bir təşəbbüsə start verilib. “Mobil Telekommunikasiya sahəsində Karyera” adlanan (Careers in Mobile Telecom - CiMT) illik proqram çərçivəsində, 45 nəfər universitet tələbəsi təcrübə proqramı vasitəsilə işə hazırlıq və biznes etika haqda biliklər əldə edəcək, mobil telekommunikasiyalar və idarəçiliyin əsaslarını öyrənəcək. Tələbələrin bacarıqlarının artırılmasına yönəlmiş fəaliyyətlərlə yanaşı, proqram çərçivəsində mobil telekommunikasiya şirkətində staj keçmə proqramı üzrə tədris kursunun yaradılması da nəzərdə tutulub.
Proqramda Mingəçevir və Gəncə şəhərlərinin 4 universitetinin üçüncü və dördüncü kurs tələbələri iştirak edəcək. Bakcell ixtisaslaşdırılmış praktiki hazırlıq və stajkeçmə proqramı vasitəsilə layihə iştirakçılarına əldə edilmiş biliklərin real iş yerində tətbiq etmək imkanı verəcək
“Bakcell şirkəti Azərbaycanın telekommunikasiya sektorunun ən əsas iştirakçılarından biridir və biz sürətlə inkişaf edən bu qabaqcıl sektorun daha da inkişaf etdirilməsi üçün İKT mütəxəssislərin hazırlanmasının vacibliyini dərk edirik. Bakcell gənclərin təlimi və karyera inkişafı üçün sərmayələr yatırır və bu, bizim cəmiyyətin gələcəyinə yönəlmiş korporativ sosial məsuliyyətimizin bir hissəsidir. Biz gənc tələbələrə mobil telekommunikasiya sahəsində bilik əldə etmək və geniş karyera imkanları olan bu sənayeyə daha yaxın olmaq üçün dəstək göstəririk” - deyə, Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
Alcatel Lucent şirkətinin dəstəyilə “Mobil Telekom Biznesində İT” təlim seanslarına Türkiyədən təlimçilər dəvət olunacaq.
2009-cu ildən etibarən Bakcell və JAA Azerbaijan Mobil Telekommunikasiya Biznesinə Giriş (MTBG) adlı birgə layihəni həyata keçirirlər. Proqram çərçivəsində 150 nəfərdən artıq texniki ixtisaslı universitet tələbəsinə Bakcell və Alcatel-Lucent şirkətlərində ixtisaslaşdırılmış praktiki hazırlıq və stajkeçmə proqramı vasitəsilə əldə edilmiş işə hazırlıq və biznes etika bacarıqlarını real iş yerində tətbiq etmək üçün imkan yaradılıb.
***
Bakcell haqqında
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil İnternet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sur@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərəfdaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

974