Mərkəzi Bank “Royalbank”la bağlı məlumat yaydı
Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyətinin 12 iyul 2012-ci il tarixli qərarı ilə “Royalbank” ASC-nin lisenziyası ləğv edilib. Mərkəzi Bankdan Lent.az-a verilən məlumata görə, Mərkəzi Bankın idarə heyətinin qərarı ilə 13 iyul 2012-ci il tarixdən “Royalbank” ASC-yə müvəqqəti inzibatçı təyin edilib.
Həmçinin, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədar bank barəsində iflas prosedurlarının başlanması üçün Mərkəzi Bank 16 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edib. Mövcud qanunvericiliyə əsasən, həmin andan bankın öhdəliklərinin icrasına moratorium qüvvəyə minib.
25 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qərarı ilə banka ləğvedici təyin edilib. Hal-hazırda bankda ləğvedici fəaliyyətə başlanılıb. Qeyd olunan qərar kütləvi informasiya vasitələrinə açıqlanıb.
“Royalbank” ASC Əmanətlərin Sığortalanması Fondunun üzvü olduğundan bankın qorunan əmanətləri üzrə qanunvericilikdə müəyyən edilmiş qaydada kompensasiyalar ödənilməlidir. Qorunan əmanətlərin kriteriyaları qanunvericiliklə müəyyən edilib. Kompensasiyalar qorunan əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə ödənilir. Bu şərtlər hər bir əmanətçi ilə bağlanan əmanət müqaviləsində əks olunub. Kütləvi informasiya vasitələrinə məlumat verildiyi kimi 1 avqust 2012-ci il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu qanunvericiliyə uyğun olaraq seçilmiş müvəkkil banklar (“Muğan Bank” ASC, “AGBank” ASC və “Bank Respublika” ASC) vasitəsilə “Royalbank” ASC-nin qorunan əmanətləri üzrə kompensasiyaların ödənilməsinə başlanıb. Qalan əmanətlər, habelə banka qarşı bütün digər kreditor tələblər bankın yığılan aktivləri hesabına ödəniləcək. “Banklar haqqında” Qanuna əsasən banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınır və kreditorların tələbləri müvafiq növbəlilik əsasında icra edilir. Öhdəliklərin icrası zamanı əhalinin əmanətlərinin qaytarılması prioritet təşkil edəcək.

1110