(R) Aykart – DəmirBank-dan yeni taksit tipli faizsiz kredit kartı
DəmirBank Aykart – yeni taksit tipli faizsiz kredit kartını təqdim etməyə başlayıb. Aykart müştərilərə pulsuz (xidmət haqqı olmadan) faizsiz kredit xətti ilə verilir və müxtəlif üstünlüklərə malikdir. Aykart üzrə kredit xətti 3 il müddətinə 300-dən 5000-dək manat məbləğində ayrıla bilər.
“Aykart-la al malı-xidməti, aylara böl qiyməti” sloqanı ilə bazara təqdim edilən yeni kredit kartının öz orijinal personajı da mövcuddur, bu da yeni kart məhsulunun istifadəçilər tərəfindən rahat fərqləndirilməsinə xidmət edir.
Aykart-ın əsas istifadə təyinatı DəmirBank-la tərəfdaş ticarət və xidmət yerlərində (geyim, məişət texnikası, kompüter, telefon, mebel, restoran, turizm və s.) mal və xidmətlərin dəyərinin kartla ödənişidir. Aykart ilə istifadə edilən məbləğ faiz hesablanmadan Banka bərabər hissələrlə tərəfdaşdan asılı olaraq 1, 3, 6 və ya 12 aya ödənilir. Tərəfdaşlar Klubuna 40 şirkət / brend üzrə 70-dək ticarət / xidmət məntəqəsi daxildir və bu siyahı genişlənir.
Əlavə olaraq Aykart ilə DəmirBank-la tərəfdaş olmayan ticarət / xidmət yerlərində və İnternetdə ödənişlər etmək, eləcə də DəmirBank-ın bankomatlarından nağd pul çıxarmaq olar. Lakin, kartın bu əlavə imkanları üzrə müəyyən limitlər və komissiyalar mövcuddur.
Kart üzrə istifadə edilən məbləğlər müvafiq aylar ərzində hər ayın 1-dən 10-dək Bankda ödənilir. Ödənilən məbləğ kart hesabına mədaxil olunur və beləliklə kredit xətti 3 il ərzində dəfələrlə yenidən istifadə edilə bilər.
Aykart cari iş yerində ən azı 6 ay staja malik şəxslərə verilə bilər. DəmirBank-ın cari müştərilərinə (əmanətçilərə, əməkhaqqı kartlarının istifadəçilərinə və müsbət kredit tarixinə malik şəxslərə), eləcə də bir sıra şirkət və təşkilatların əməkdaşlarına Aykart sadələşdirilmiş qaydada iş yerindən arayışsız və zaminsiz verilir.
“DəmirBank strateji hədəflərinə uyğun olaraq müştərilərə Aykart taksit tipli kredit kartını təqdim etməklə, istehlak kreditləşməsi üzrə fəaliyyətini genişləndirməyi nəzərdə tutur. Əhaliyə Aykart ilə kredit xəttinin daha rahat ayrılması üçün Bankda kütləvi qaydada zaminsiz və iş yerindən arayışsız kreditləşmə mexanizmi də tətbiq edilir. Bu mexanizm tədricən daha da genişlənəcək və digər istehlak kreditlərinə də şamil ediləcək”, – deyə İdarə Heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.
Aykart-ı www.aykart.az saytında on-layn qaydada sifariş etmək və ya DəmirBank-ın Əməliyyat İdarəsi, Mərkəz, Nərimanov, Bakıxanov, Binəqədi, Xətai və Xəzər) filiallarına yaxınlaşmaqla əldə etmək olar.
Aykart-ın şərtləri, Tərəfdaş şirkətlərin siyahısı, arayışsız sifariş, on-layn sifariş və digər məlumatları www.aykart.az internet saytından və ya (012) 149 nömrəsinə zəng etməklə almaq olar.

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34