“Azərsu” ASC sudan qanunsuz istifadə halları aşkarlayıb
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması tədbirlərini davam etdirir. ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bu sahədə nəzarət tədbirləri gücləndirilsə də, hələ də bəzi abunəçilər içməli sudan sayğacdankənar və müqavilə bağlamadan istifadə edirlər.
“Su təchizatı və tullantı suları haqqında” qanunun tələbləri əsas götürülərək belə halların aşkarlanması və aradan qaldırılması məqsədi ilə “Baki Sukanal” idarəsinin Xətai Sukanal departamenti əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri nəticəsində Xətai rayonunun Mingəçevir küçəsi 40 ünvanında yerləşən “Avto-qarant” Açıq Səhmdar Cəmiyyətində içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb. Səhmdar Cəmiyyətin yerləşdiyi ərazidə icarə əsasında fəaliyyət göstərən xalçayuma, daş kəsimi, mebel və şüşə sexlərində içməli sudan qeyri-qanuni istifadə edilib. Su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, həmin obyektlərə içməli suyun verilməsi 25 mm diametrli borularla nəzərdə tutulsa da, qeyri-qanuni çəkilmiş 25 mm diametrli
xətdən istifadə edilib. Araşdırma zamanı məlum olub ki, obyekt ərazisindəki 2 subartezian quyusundan çıxarılan sular istifadə olunduqdan sonra kanalizasiya şəbəkəsinə axıdılmış və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə olunub. Aşkarlanan faktlar obyekt rəhbərliyinin iştirakı ilə aktlaşdırılmış və obyektin su təchizatı dayandırılıb. Sudan qeyri-qanuni istifadə edilməsinə görə “Azərsu” ASC-yə dəymiş zərər qiymətləndiriləcək və abunəçi - “Avto-qarant” ASC cərimə olunacaq.
“Azərsu” ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir. Belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi davam etdiriləcək və qanunsuz hərəkətlərə yol verən abunəçilər içməli su təchizatı qeyd şərtsiz dayandırılacaq və onlara qarşı cərimə tətbiq ediləcək.

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34