Yarım ton yararsız ərzaq malları aşkar edilib
26 iyul 2012 17:02 (UTC +04:00)

Yarım ton yararsız ərzaq malları aşkar edilib

İİN-in ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, monitorinqlər zamanı bəzi satış obyektlərində yararsız ərzaq məhsulları aşkarlanıb.

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsindəki “Nigar market”də, “Cənub market”də və İmran Manafova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib. Eyni zamanda, Nəsimi rayonu Cavadxan küçəsi, ev 16 ünvanında yerləşən “Samir-98 market”də və “Xəzər market”də, Moskva prospekti, məhəllə 3007 ünvanında Salman Xaliqova və Sudabə Mirzəzadəyə məxsus mağazalarda, Tağızadə küçəsi, ev 4/66, mənzil 108 ünvanında Aqşin Ağayevə məxsus mağazada, B.Səfəroğlu küçəsi, ev 163 ünvanında yerləşən “Uğur market”də, Buzovna qəsəbəsində yerləşən “Super market”də, “Nixad market”də, “Əli market”də, “Green market”də və “Xəzər market”də, Nizami rayonu B.Nuriyev küçəsindəki “Elnur market”də və Tapdıq Əzimova məxsus mağazada, Naxçıvanski küçəsində Eynulla Fətəliyevə məxsus mağazada, “Fərid market”də və “Ülvi market”də saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.

Paytaxtla yanaşı, Sumqayıt şəhəri, Abşeron, Goranboy, Beyləqan, Füzuli, Goranboy, Bərdə və Neftçala rayonlarında da mağazalarda saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.

Ümumilikdə, monitorinqlər zamanı 560 kq-a yaxın yararsız ərzaq malları aşkar olunub. Həmin mallar satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
# 663

Oxşar yazılar