“Azercell” prezidenti dəyişdi
24 iyul 2012 17:51 (UTC +04:00)

“Azercell” prezidenti dəyişdi

Avropanın ən nəhəng telekommunikasiya xidmətləri təminatçılarından biri və dünyada 4G sistemini ilk dəfə istifadəyə buraxan TeliaSonera şirkətlər qrupunda baş vermiş vəzifə dəyişiklikləri çərçivəsində bir neçə ay sonra Azercell Telekom MMC-nin prezidenti Ali Ağan Azərbaycanı tərk edəcək. Lent.az xəbər verir ki, Ağan Özbəkistanda Ucell şirkətinin prezidenti vəzifəsində fəaliyyətini davam etdirəcək.


TeliaSonera şirkətlər qrupu daxilində Azercell şirkətinin rəhbəri vəzifəsinə isə Moldcell şirkətinin prezidenti Kiril Qaburiç təyin edilib.


TeliaSonera Avrasiya biznes bölgəsi daxilində həyata keçirilən rotasiya korporativ idarəetmənin gücləndirilməsinə xidmət edir. Biznesin inkişafına imkan yaradan bu təcrübə prezidentlərə öz fəaliyyətlərini daha da genişləndirməyə, yeni vəzifələrdə kreativ, cəlbedici layihələrin reallaşdırmasına şərait yaradacaq. Bunun sayəsində TeliaSonera daxilindəki mobil operatorlar yeni perspektivlər və fərqli iş metodlarından yararlanmış olacaqlar.

Qeyd edək ki, Ali Ağan 2008-ci ilindən Azercell-in rəhbərliyinə təyin edilib. Ali Ağanın rəhbərliyi dövründə şirkət nəinki bazarda güclü rəqabətə davam gətirdi, hətta, özünün liderlik mövqeyini qoruyub saxlamağı bacardı. Cənab Ağanın prezidentliyi müddətində Azercell orta hesabla 50 faizdən artıq olan mənfəətlilik dərəcəsini qoruyub saxlamağa nail oldu.

Kiril Qaburiç 2001-ci ilin avqustundan Moldcell şirkətində çalışıb. Bir müddət şirkətin satış direktoru vəzifəsində işlədikdən sonra 2008-ci ilin sonundan rəhbərliyinə təyin edilib. Kiril Qaburiç şirkətin maliyyə göstəricilərini yüksəltməyə, abunəçi sayını bir milyonadək, mənfəətlilik dərəcəsini isə 35 faizədək artırmağı bacarıb.


Şirkət rəhbərlərinin vəzifə dəyişiklikləri bu ilin sentyabr-oktyabrında həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2558

Oxşar yazılar