
Hesablama Palatası Saatlı rayon İcra hakimiyyətində yoxlama aparacaq
Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. Lent.az-ın palatanın rəsmi saytına istinadən verdiyi məlumata görə, kollegiya iclasında “Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Təhsil” bölməsi üzrə Təhsil Nazirliyinin tabeliyində olan məktəbdənkənar müəssisələrə, internatlara, xüsusi rejimli internatlara və digər təhsil müəssisələrinə ayrılmış dövlət vəsaitlərinin proqnozlaşdırılması və istifadəsi üzrə Respublika “Təhsil” idman məktəbinin Sumqayıt filialında, Respublika ekoloji tərbiyə və təcrübəçilik mərkəzində, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzində auditin nəticələrinə dair”, “Dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan Ağdam rayon İcra Hakimiyyətinə Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli avtomobil yolunun tikintisinə ayrılan vəsaitlərdən istifadənin auditinin nəticələrinə dair”, “Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Tərtər rayon İcra Hakimiyyətinə “Bayandur-Poladlı” avtomobil yolunun tikintisinə ayrılan vəsaitlərdən istifadənin auditinin nəticələrinə dair”, eləcə də “Ağdaş rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair auditin nəticələrinə dair” Hesabat və Rəy geniş müzakirə olunaraq təsdiq edilib.
Kollegiya iclasında, həmçinin “Saatlı rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair” Audit proqramı qəbul edilib.
Kollegiya iclasında, həmçinin “Saatlı rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair” Audit proqramı qəbul edilib.
Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34