(R) All Biz Azərbaycanda aktiv fəaliyyətə başlayır
Beynəlxalq layihə olan All Biz Azərbaycandakı şirkətlərin məhsullarının və xidmətlərinin beynəlxalq bazarda irəlilədilməsi istiqamətində fəaliyyətə başlayır. Şirkət Azərbaycandakı müəssisələrə məhsullarını xaricə çıxarmaqda yardım etmək məqsədilə Bakıda ofis açıb.
Hazırda All Biz-in bazasında iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 4,4 mindən çox Azərbaycan şirkəti qeydiyyatdan keçib. Qeydiyyatdan keçən şirkətlərin sayı daima artmaqdadır. Son vaxtlar all.biz sistemi vasitəsilə Azərbaycandakı şirkətlərə ünvanlanan kommersiya müraciətlərinin sayı artıb. Təkcə son il ərzində MDB-dəki iştirakçı-şirkətlərin məhsullarına 1,2 milyon kommersiya müraciəti daxil olub.
Təəccüblü deyil ki, azərbaycanlı istehsalçıların məhsullarına tələbat kifayət qədər böyükdür. Azərbaycan yüksək inkişaf etmiş sənayeyə və kənd təsərrüfatına malik ölkədir. Ölkənin iqtisadiyyatında neft və qaz hasilatı, həmçinin neft emalı önəmli yer tutur. Kimyəvi, maşınqayırma, dağmədən sənayesi, rəngli metallurgiya da güclü hesab edilir. Ölkə İtaliya, ABŞ, Almaniya, Fransa, Rusiya ilə iqtisadi münasibətləri aktiv şəkildə qaydaya salır. Azərbaycan şirkətləri həm məhsullarının yayılma coğrafiyasını genişləndirməkdə maraqlıdırlar, həm də MDB ölkələrində, xüsusilə Rusiya, Belarus, Ukrayna və Qazaxıstanda aktiv əməkdaşlar axtarırlar.
All Biz Azərbaycanın paytaxtında ofis açarkən məhsulları üçün yeni bazarlar axtaran Azərbaycan şirkətlərinin qarşılaşdıqları əsas problemləri təhlil edib. Bu təhlilə əsasən Azərbaycan şirkətlərinin beynəlxalq bazara çıxışını əngəlləyən əsas maneələr saat qurşaqlarındakı, mentallıqdakı fərqlər, məhsulların beynəlxalq bazarda tanıdılması üçün reklam-marketinq tədbirlərinə böyük xərclər çəkməyin vacibliyidir. Azərbaycan şirkətlərinin məhsullarını uzaq ölkələrdə tanıda bilməməsinin əsas səbəblərindən biri də dil baryeridir.
Şirkət əmindir ki, il ərzində dünyanın 200-dən çox ölkəsindən 248 milyon ziyarətçi auditoriyası olan all.biz resursunun imkanları azərbaycanlı ixracatçıların əsas problemlərini həll etməyə kömək edəcək, yerli şirkətlərin dünya bazarındakı mövqeyini möhkəmlədəcək, Azərbaycan şirkətlərinə xaricdə olan tələbatı artıracaq. All Biz-in unikal xüsusiyyəti şirkətlərin məhsulları və xidmətləri barədə informasiyanı 26 dildə yayımlamaq imkanıdır.
All Biz layihəsi hazırda 67 ölkənin bazarında aktiv fəaliyyət göstərir və iştirakçı-ölkələrin ixrac potensialının həyata keçirilməsi, xaricdə əməkdaş axtarışı, məhsulların satış coğrafiyasının genişləndirilməsi üzrə effektiv vasitə kimi tanınır. İndi yerli şirkətlər işgüzar əlaqələr axtaranda, xarici ölkələrdə potensial istehlakçılar tapmaq istəyəndə All Biz mütəxəssislərinin imkanlarından istifadə edə biləcəklər.
Beynəxalq All Biz (www.all.biz) layihəsi 26 dildə fəaliyyət göstərən dünya miqyaslı aparıcı ticarət-informasiya resursudur. All Biz milli məhsulların müxtəlif ölkələrin daxili və xarici bazarlarında inkişaf etdirilməsi üzrə ixtisaslaşıb. Onun dünyanın 20 ölkəsində ofisi var – Rusiya, Belarus, Ukrayna, Qazaxstan, Özbəkistan, Azərbaycan, Bolqarıstan, Rumıniya, Moldova, Polşa, Hindistan, Argentina, Braziliya, Türkiyə, Çin, Vyetnam, Çili, Peru, ABŞ və Misir.
Resursun ümumi illik auditoriyası dünyanın 200-dən çox ölkəsindən 248 milyondan çox ziyarətçi təşkil edir. Hazırda resursda dünyanın 67 ölkəsindən 900 000-dən çox şirkət və demək olar ki, 15 milyon məhsul və xidmət kataloqu yerləşdirilib.
Google AdPlanner reytinqlərinə görə All Biz dünyanın TOP 500 ən çox ziyarət olunan saytlarının arasındadır.

1284