Xüsusi notariusların vergini necə verəcəkləri müəyyənləşdi
Lent.az-ın verdiyi məlumata görə, xüsusi notariuslar bu sənədlərlə Vergilər Nazirliyinin rəsmi saytına daxil olmaqla tanış ola bilərlər.
Qeyd edək ki, Milli Məclis aprel ayında Vergilər Məcəlləsinə dəyişiklik edib. Dəyişikliyə əsasən, xüsusi notariuslar da vergi orqanına bəyannamə təqdim etməlidir. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidir. Başqa sözlə, xüsusi notarius tərəfindən bir ay müddətində notariat hərəkətlərinin aparılmasına, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə tutulan haqlar artıq vergitutma obyekti hesab olunur. Xüsusi notarius tərəfindən tutulan haqlardan xərclər nəzərə alınmadan 10 faiz dərəcə ilə vergi tutulacaq.

1427