“Royalbank”ın əmanətçilərinə kompensasiya ödənəcək
Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul tarixli, 17 saylı qərarı ilə “Royalbank” ASC-nin lisenziyası ləğv edilib. Mərkəzi Bankın Kommunikasiya Departamentindən Lent.az-a verilən məlumata görə, məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə “Banklar haqqında” qanununun 16.1-ci, 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu, 16.1.16-cı və 16.1.18-ci maddələri rəhbər tutularaq, “Royalbank” ASC-nin bank lisenziyası ləğv edilib.
Mərkəzi Bankın İdarə Heyətinin adı çəkilən qərarı ilə 13 iyul tarixdən “Royalbank” ASC-yə müvəqqəti inzibatçı təyin edilib. Müvəqqəti inzibatçı bankın baş ofisinin yerləşdiyi ünvanda fəaliyyət göstərir (AZ1073, Bakı şəhəri, Hüseyn Cavid prospekti 5). “Royalbank” ASC barəsində iflas prosedurlarının başlanması üçün Mərkəzi Bank məhkəmə orqanlarına bankın müflis elan edilməsi və kreditorları qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi barədə ərizə ilə müraciət edəcək. “Banklar haqqında” qanuna əsasən iflas prosedurlarının başlanmasına dair ərizə Mərkəzi Bank tərəfindən verildikdən sonra bank barəsində dərhal moratorium qüvvəyə minmiş hesab olunacaq.
“Royalbank” ASC Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Qanunvericiliyə əsasən “Royalbank” ASC-nin qorunan əmanətləri üzrə əmanətçilərə kompensasiyaların ödənilməsi prosedurlarına başlanılması üçün artıq Əmanətlərin Sığortalanması Fondunda lazımi tədbirlər görülür. Əmanətlər üzrə kompensasiyaların ödənilməsi barədə əlavə məlumat veriləcək.

Oxşar yazılar

ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30
Bakının bu rayonunda qaz olmayacaq
30 iyun 2025 , 10:24