“Sibos 2011” beynəlxalq bankçılıq sərgisi keçirilir
22 sentyabr 2011 10:35 (UTC +04:00)

“Sibos 2011” beynəlxalq bankçılıq sərgisi keçirilir

Kanadanın Toronto şəhərində sentyabrın 19-da “Sibos 2011” beynəlxalq bankçılıq sərgisi başlayıb.

Azərbaycanın Kanadakı səfirliyindən Lent.az-a verilən məlumata görə, sərgi sentyabrın 23-ə qədər davam edəcək.

Tədbirdə Azərbaycanı sərgi stendi ilə təmsil edən yeganə bank “Paşa Bank”dır. Qeyd olunan sərgidə Paşa Bankın idarə heyətinin sədri Fərid Axundovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Eyni zamanda, “Sibos 2011” sərgisinə Azərbaycan Beynəlxalq Bankının və Xalq Bankının nümayəndələri qatılıblar. Beynəlxalq maliyyə aləmində nüfuza malik bu sərgidə regionumuzdan yalnız Azərbaycan və Rusiya bankları təmsil ediblər.

Qeyd edək ki, 20 sentyabr tarixində “Paşa Bank” tərəfindən sərginin iştirakçılarına rəsmi ziyafət verilib. Ziyafətdə, Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev iştirak edib.
# 880

Oxşar yazılar