Nazirlər Kabinetinin iclası keçirilib
Bu gün baş nazir Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. “APA-ECONOMICS”in “AzərTAc”a istinadən yaydığı məlumata görə, iclasda 2012-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, Azərbaycan Respublikasının 2012-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilmiş, həmin dövr üçün proqnoz göstəriciləri dinlənilib.
2012-ci il üçün dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan qanununa, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun olaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə ardıcıl olaraq əhalinin maddi rifah halının yaxşılaşdırılmasına yönələn sosial-iqtisadi siyasətin davam etdirilməsi, dünya iqtisadiyyatında gözlənilən meyllər və müşahidə olunan qlobal maliyyə böhranı şəraitində iqtisadiyyatda əldə olunan nailiyyətlərin qorunub saxlanması və inkişafı nəzərə alınmaqla tərtib edilib.
Layihə hazırlanan zaman Azərbaycan dövlətinin inkişaf strategiyasına və prioritet istiqamətlərə müvafiq büdcənin sosial və investisiya yönümlü olmasına, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin müdafiə potensialının, iqtisadi qüdrətinin artırılmasına, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına dəstək verilməsinə, məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə və digər mühüm cəhətlərə xüsusi diqqət yetirilib. 2012-ci il dövlət və icmal büdcələrinin gəlir və xərclərinin artım sürətinə ümumiqtisadi tarazlıq və dövlətin əsas funksiyalarının təmin olunması prinsiplərinə əsaslanaraq yanaşılıb. 2012-ci il dövlət büdcəsinin gəlirləri 16 milyard 436 milyon 400 min manat təşkil edir. Xərclər hissəsi isə 16 milyard 984 milyon 400 min manat proqnozlaşdırılıb. Ümumi daxili məhsul (ÜDM) 43,5 milyard manat həcmində nəzərdə tutulur.
Növbəti ilin dövlət büdcəsinin sosial yönümlüyü və investisiya xarakterli olması təmin edilmişdir. Məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün xərcləri nəzərə almaqla yanaşı, elm, təhsil, səhiyyə, mədəniyyət, ekologiya, kənd təsərrüfatı, sosial təminat, sosial müdafiə və digər sahələr üzrə xərclər artıb.
Konsepsiya və proqnozların hazırlanması prosesində 2011-ci ilin gözlənilən yekunları və ötən dövrün sosial-iqtisadi nəticələri, aidiyyəti dövlət orqanlarının, iri müəssisələrin təklifləri, eləcə də ölkə iqtisadiyyatının davamlılığının təmin edilməsi şərtləri və gələcək inkişafa təsir edə biləcək bir sıra xüsusiyyətlər, o cümlədən inflyasiya meylləri, neftin dünya qiymətinin dəyişkənliyi və digər faktorlar nəzərə alınıb.
2012-2015-ci illər üçün əsas makroiqtisadi göstəricilərin proqnozları, o hazırlanarkən beynəlxalq təşkilatların, bank və maliyyə qurumlarının proqnozları, o cümlədən Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının proqnozları və bu proqnozlara təsir edə biləcək amillər təhlil edilib. Məlum olduğu kimi, həmin beynəlxalq qurum və təşkilatların Azərbaycan iqtisadiyyatının inkişaf tempi ilə bağlı proqnozları artan istiqamətdədir.
Müzakirələrə çıxarılan əsas makroiqtisadi göstəricilərin proqnozlaşdırılması məqsədi ilə 2012-ci il üçün ÜDM-in real artım tempi 5,7 faiz, onun qeyri-neft sektoruna aid hissəsi 8,6 faiz, neftin bir barelinin dünya bazar qiyməti 80 dollar, inflyasiyanın səviyyəsi isə 6 faiz həcmində nəzərdə tutulur.
Nazirlər Kabinetinin iclasına yekun vuran baş nazir Artur Rasizadə qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi ilə təməli qoyulmuş və hazırda prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın gələcəkdə də siyasi, iqtisadi, sosial, mədəni sahələrdə və beynəlxalq münasibətlərdə daha böyük uğurlar əldə edəcəyinə əminlik yaradır.
İclasın sonunda Azərbaycan Respublikasının 2012-ci il üçün dövlət büdcəsi layihəsinin və digər müvafiq sənədlər zərfinin ölkəmizin Prezidentinə təqdim olunması barədə qərar qəbul edilib.

873