“Jalə” şirələrinin Avropaya buraxılmaması barədə məlumatların əsası yoxdur
““Jalə” şirələrinin guya keyfiyyət göstəricilərinin normal olmaması və Avropa bazarlarına buraxılmasına qadağa qoyulması ilə bağlı məlumatların heç bir əsası yoxdur. Bunu APA-ya açıqlamasında Gilan Qəbələ Konserv Zavodunun xarici iqtisadi əlaqələr şöbəsinin müdiri Elin Zalov deyib.
Onun sözlərinə görə, hazırda “Jalə” və “Zalotoya sad” şirələri dünyanın 21 ölkəsinə ixrac olunur: “Bu ölkələr arasında İsveç, Almaniya, Polşa, Yunanıstan, Cexiya, Benilüks ölkələri, Latviya, Litva, Estoniya, İtaliya, Avstrya, hətta uzaq Flippin belə var. Biz son bir ildə mütəmadi olaraq bu ölkələrə məhsul satırıq. Bu ölkələrdən bəzilərində iki və daha çox müştərimiz var. Məsələn, Rusiyada bizim 9 müştərimiz var. Bütün müştərilərimizlə əməkdaşlığımızı davam etdiririk, hər hansı problemlə qarşılaşmamışıq”.
E. Zalov qeyd edib ki, hazırda elə ölkələr var ki, onların bazarında ixrac olunan yeganə xarici şirə məhsulu “Jalə”dir: “Çünki bu ölkələrdə digər şirələrin keyfiyyət göstəricisi ilə bağlı problem olduğunu əsas gətirərək, idxala icazə verilməyib. Bizim keyfiyyət göstəricilərimiz isə tam qənaətbəxş sayılıb”.
Şöbə müdirinin sözlərinə görə, zavod bəzi ölkələrə xammal, bəzisinə isə hazır məhsul ixrac edir.
“Jalə” şirələri ilə bağlı iddiaların tam əsassız olduğunu deyən E. Zalov bildirib ki, bu cür yazıların yazılması onların məhsulunu gözdən salmaq üçün aparılan məqsədli kampaniyadır: “ Avropada məhsul idxal ediləndən sonra onun keyfiyyət göstəriciləri yoxlanılır. Əgər o məhsulda bir problem varsa, təbii olaraq növbəti idxal prosesi həyata keçirilmir. Biz isə bir ildir ki, mütəmadi olaraq işləyirik və müştərilərimizin heç bir iradı ilə qarşılaşmamışıq. Əksinə, işlədiyimiz ölkələrdə müştərilərin sayı artır”.
Zavodun rəhbərliyindən isə “Jalə” şirələrinin Avropaya ixracına qadağa qoyulması barədə xəbər yayan media qurumlarının məhkəməyə veriləcəyi bildirilib: “Çünki bu artıq bir neçə dəfə təkrarlanıb və bizim brendi gözdən salmaq məqsədi daşıyır”.

1327