“Nissan”dan elektromobil alanlara müjdə!
21 sentyabr 2011 17:28 (UTC +04:00)

“Nissan”dan elektromobil alanlara müjdə!

2011-ci ilin noyabrında Nissan Yaponiyada elektromobillərin tez təchiz olunması üçün böyük vəsait hesabına başa gələn stansiyanı istifadəyə verəcək. Stansiyaların ölçüsü adi yanacaqdoldurma məntəqələri ilə demək olar ki, eyni olacaq. Bu stansiya yağışlı havada təhlükəsiz çalışması ilə özündən əvvəlki stansiyaları geridə qoyur və soyuq hava şəraitində fasiləsiz çalışma imkanına malikdir.

Yaxın 5 il ərzində Nissan Yaponiyada 5000 bu tipli elektrik yanacaqdoldurma stansiyası istifadəyə verməyi planlaşdırır. Bu say bütün Nissan dilerlərini, həmçinin hökumət idarələrini və əhalinin daha gur olduğu məntəqələri əhatə edəcək. Nissan rəsmiləri bu tip infrastrukturun Avropada da qurulması üçün danışıqların aparılmasına hazır olduqlarını bildiriblər.

“Nurgün Motors” şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2) və Lənkəran (Ləvəngi dairəsi) şəhərlərində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlardan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.
“Nurgün Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülüb.

NISSAN getdiyin yolları_DƏYİŞ

Əlavə məlumat üçün ünvanlar və telefonlar:

Poçt indeksi: AZ 1029
Ünvanlar: Bakı şəhəri, Babək pr-ti, 31, Salamzadə küç.2, Xoyski pr., 104A
Telefonlar: (+994 12) 448 38 38, 430 81 41, 448 37 37
Faks: (+994 12) 447 46 87
Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi 1-ci km
Telefon: (+994 22) 256 57 00
Şəki şəhəri, M.Ə.Rəsulzadə küç.2
Telefon: (+994 44) 277 13 97
Lənkəran şəhəri, Ləvəngi dairəsi
Telefon: (+994 25) 254 24 18
E-mail: info@nurgunmotors.az
Rəsmi sayt: www.nissan.az

# 923

Oxşar yazılar