Xəzəryanı dövlətlərin liman administrasiyalarının görüşü keçiriləcək
21 sentyabr 2011 13:28 (UTC +04:00)

Xəzəryanı dövlətlərin liman administrasiyalarının görüşü keçiriləcək

Türkmənistanın Türkmənbaşı şəhərində 22-23 sentyabr tarixlərində Xəzəryanı dövlətlərin liman administrasiyalarının III beştərəfli görüşü keçiriləcək. Lent.az-ın Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir çərçivəsində tərəflər müxtəlif formatda görüşlər keçirəcək, Xəzəryanı dövlətlərin dəniz limanları administrasiyalarının iclaslarında ümumi fikir mübadiləsi aparılacaq.

Görüşlər zamanı limanlar arasında yük dövriyyəsinin artırılması, təhlükəsizliyin təminatı, limanlararası təcrübənin öyrənilməsi, Xəzər sularında baş verə biləcək hər hansı fövqəladə halların qarşısının alınması məsələləri müzakirə ediləcək. Tədbirdə Nəqliyyat Nazirliyinin, Dəniz Administrasiyasının nümayəndələri də iştirak edəcəklər.
# 542

Oxşar yazılar