Kobia: “Azərbaycan Avropa İttifaqının vacib partnyorlardandır”
“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Bakıda keçirilən “Dünya qaz infrastrukturu 2011” konfransında bildirib. Onun sözlərinə görə, tərəflər arasında əlaqələr günü-gündən dərinləşir. Səfir Avropanın qaza ehtiyacı olduğunu bildirib və “Cənub dəhlizi” qaz kəməri layihəsində Azərbaycanın rolundan danışıb: “Əsas məqsədimiz etibarlı qaynaqların təmin edilməsidir”.
743