Azərbaycan və Dünya Bankı arasında kredit sazişi imzalanacaq
Sentyabrın 22-də Azərbaycan Respublikası və Dünya Bankı arasında “Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsi”nin maliyyələşdirilməsinə dair kredit sazişinin imzalanma mərasimi keçiriləcək. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, “Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsi” Dünya Bankının krediti və İsveçrə İqtisadi Əməkdaşlıq Katibliyinin (SECO) qrantı hesabına maliyyələşdirilib.
Layihənin əsas məqsədi kapital bazarlarının infrastrukturunun təkmilləşdirilməsi, kapital bazarı alətlərinin istifadəsinin genişləndirilməsi və bütövlükdə müasir, beynəlxalq standartlara uyğun və optimal tənzimlənən qiymətli kağızlar bazarının formalaşdırılması məqsədini daşıyan “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının dəstəklənməsidir.
Tədbir 22 sentyabr saat 11:00-da “EXCELSIOR” mehmanxanasının “Alinja” zalında təşkil olunacaq.

588